Ərdoğan: Regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə imkan verməyəcəyik

28.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rəsmi Ankara regiondakı sosial gərginlikləri Türkiyəyə gətirmək istəyənlərə fürsət verməyəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında dini azlıq nümayəndələri ilə iftarda deyib.

“Fərqlilikləri münaqişə və qütbləşmə mənbəyi kimi yox, bəşəri zənginlik kimi görən ənənəmizə sığınmalıyıq. Hansı inanca, etnik qruplaşmaya mənsub olmasından asılı olmayaraq, 85 milyonun hər bir fərdinin özünü digərləri ilə bərabər hiss etməsi üçün mübarizə aparmışıq”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью