Ərdoğan: Rəqiblərimiz vəzifə uğrunda mübarizə aparır

22.06.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan ATO Konqres Mərkəzində keçirilən AK Partiya Ankara Təşkilat Akademiyasının Liderlik Məktəbi proqramında çıxış edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan çıxışında Türkiyədə müxalifətin fəaliyyətini tənqid edərək bildirib ki, siyasi rəqibləri daxili mübarizələrlə məşğul olduqları halda, hakimiyyət ölkəni gələcəyə hazırlamaq üçün çalışır:

“Onlar öz aralarında mövqe və vəzifə uğrunda mübarizə apararkən, biz Türkiyəni gələcəyə hazırlamaq üçün çalışırıq”.

Prezident Ankaranın yaxın dövrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyini də vurğulayıb. Onun sözlərinə görə, NATO sammiti paytaxt Ankarada keçiriləcək və ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla bir sıra dünya liderləri burada qəbul olunacaq. Bundan əlavə, Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı da Ankarada təşkil ediləcək.

“Türk dünyasının ürəyi Ankarada döyünəcək. Paytaxtımızın beynəlxalq nüfuzu daha da artacaq”, – deyə Ərdoğan bildirib.

Müxalifətin ölkəyə yeni layihə və proqramlar təqdim edə bilmədiyini deyən Türkiyə lideri qeyd edib ki, onların gündəmində daha çox münaqişə və qarşıdurma yer alır:

“Onların millətə təqdim edəcəyi konkret plan və ya layihə yoxdur. Münaqişə və gərginlik olmadan bir gün belə keçirmirlər. Bu isə təkcə özlərinə deyil, bütövlükdə siyasi sistemə zərər verir”.

Ərdoğan çıxışında Türkiyənin bir çox problemini həll etdiklərini, lakin müxalifətin yanaşmasının hələ də dəyişmədiyini bildirib. O, xüsusilə xarici siyasət, müdafiə və terrorla mübarizə kimi məsələlərdə milli mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident, həmçinin Türkiyənin ikinci ən böyük partiyasının davamlı şəkildə qarşıdurma və gərginliklə gündəmə gəlməsini düzgün hesab etmədiyini ifadə edib:

“Rəqibimiz və ya müxalifətimiz olsa belə, ölkənin əsas siyasi partiyalarından birinin münaqişə və gərginliklə əlaqələndirilməsini doğru hesab etmirik. Siyasi sistemin vəzifə və karyera ambisiyalarının təsiri altına düşməsi bizi ölkəmiz adına məyus edir”.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью