Ərdoğan : Rusiyanın özünümüdafiə etmək imkanı | Icma.az
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə lideri G20 sammiti ilə əlaqədar səfərdə olduğu Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransında deyib.
“Əlbəttə ki, Rusiyanın bu bəyanatının (nüvə doktrinasının yenilənməsi ilə əlaqəli – red.) adi silahların istifadəsi ilə bağlı ona qarşı göstərilən mövqeyə cavab olaraq atılan bir addım olduğunu düşünürəm.
Fikrimcə, bu məsələ NATO-dakı rəsmi şəxslər tərəfindən nəzərdən keçirilməlidir.
Rusiyanın özünümüdafiə etmək və öz müdafiəsi üçün tədbirlər görmək imkanı olmalı və var. O bu tədbirləri görməli oldu.
Eynilə biz NATO ölkələri də özümüzü müdafiə etməli və bunun üçün addımlar atmalıyıq”, – Ərdoğan söyləyib.
Türkiyə lideri həm Rusiyanın, həm də Ukraynanın Türkiyənin qonşuları olduğunu xatırladıb.
“Hazırkı mərhələdə biz onlarla ikitərəfli münasibətlərimizi qorumalıyıq.
Tam oxu
Xəbəri oxu