Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Telefon danışığında Ərdoğan Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlardan təəssüfləndiyini bildirib.
Bundan əlavə, telefon söhbətində ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsərullah hərəkatı Səudiyyə Ərəbistanına məxsus "NCC Ghazal" neft tankerinə ballistik raketlərlə hücum edib.