Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib.
Metbuat.az xəbər verir ki, Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir və digər rəsmilər müşayət edib. Ərdoğan Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Görüş media üçün qapalı keçirilib. Məlumata görə, tərəflər regional məsələləri, eləcə də iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ər-Riyad səfərindən sonra Misirin paytaxtı Qahirəyə gedəcək.