Ərdoğan səhvən Qazaxıstana aid olan hissəyə qol çəkdi Video

30.10.2026

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona təqdim edilən sənəddə Türkiyə əvəzinə Qazaxıstan üçün olan hissəyə qol çəkib.
Yeniavaz.com
xəbər verir ki, həmin anlar tədbirin keçirildiyi zaldakı kameralar tərəfindən lentə alınıb.
Belə ki, Türkiyə lideri sənədi  imzaladıqdan sonra yanındakı rəsmidən “Yanlış yerə imza atmadıq ki?” deyə soruşub. Sözügedən şəxs isə “Cənab Prezident, o hissə Qazaxıstan üçün nəzərdə tutulmuşdu. Türkiyə üçün olan hissəni imzalamaq lazım idi”, – deyə cavab verib.
Bunun ardından Ərdoğan “Allah köməyin olsun” deyə zarafatyana reaksiya verib. Rəsmi isə “Mən dərhal düzəldim, cənab Prezident” deyərkən mikrofonların səsi bağlanıb.
Daha sonra həmin şəxsin əlindəki sənədin təmiz nüsxəsini götürmək üçün sürətlə uzaqlaşdığı görüntülənib. Bir müddət sonra o, Ərdoğanın yanına qayıdaraq yeni sənədi təqdim edib.
Ərdoğan “Haraya?” deyə soruşub. Vəzifəli şəxs isə “Buraya, cənab Prezident, bu hissəyə” deyərək imza atılmalı olan yeri göstərib. Bundan sonra sənəd imzalanıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью