Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Türkiyə ABŞ ilə İran arasında aparılan danışıqları və əldə olunmuş razılaşmanı dəstəkləyir.
Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Ərdoğan bildirib ki, "Bu nəticənin əldə olunmasına verdiyi töhfəyə görə Pakistanın Baş naziri Şahbaz Şərifi və bütün pakistanlı qardaşlarımızı təbrik edirəm".
Şahbaz Şərif isə qeyd edib ki, ABŞ ilə İran arasında atəşkəsin təmin olunması istiqamətində aparılan prosesdə Türkiyə hər zaman Pakistanın yanında olub və ona dəstək göstərib.
Tərəflər, həmçinin Türkiyə ilə Pakistan arasında iqtisadi əməkdaşlığın gələcək dövrdə daha da genişləndiriləcəyini vurğulayıblar.
Qeyd edək ki, bu məsələ ilə bağlı daha ətraflı məlumat İstanbulda təşkil olunan "Türkiyə–Pakistan Biznes Forumu"nda səsləndirilib. Forum zamanı çıxış edən Şahbaz Şərif Kəraçi Sənaye Parkında türk investorları üçün xüsusi bir ərazinin ayrılacağını açıqlayıb.