Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, liderlər Hindistanın hücumu ilə bağlı müzakirələr aparıblar.
Ərdoğan Türkiyənin bu prosesdə Pakistanın təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu qeyd edib.
Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.