Ərdoğan: ŞƏT çoxqütblü dünya nizamının ayrılmaz hissəsinə çevrilib

02.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ankara ətrafındakı münaqişələrin dialoq və diplomatiya yolu ilə həlli üçün məsuliyyəti öz üzərinə götürür, bölgədə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün çalışmağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Bişkekdəki İrris Ordo Konqres Mərkəzində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilmiş iclasında çıxışı zamanı verib.

Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri Nepalda baş verən təbii fəlakət nəticəsində vətəndaşları həlak olan ölkələrə başsağlığı verib və Qırğızıstan Prezidenti Sadır Japarova və sammitin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Prezident Ərdoğan Laosu ŞƏT-in dialoq tərəfdaşı olması münasibətilə təbrik edib və Qırğızıstana 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində uğurlar arzulayıb.

Türkiyə lideri sammitdə ŞƏT-in çoxqütblü beynəlxalq sistemin formalaşmasına töhfə verdiyini qeyd edib: “Təxminən 3,5 milyard insanı təmsil edən və 35 trilyon dollarlıq ÜDM-i olan Şanxay Əməkdaşlıq Təşkilatı son 25 ildə çoxqütblü dünya nizamının ayrılmaz hissəsinə çevrilib. Asiya-Sakit Okean regionunu və Yaxın Şərqi vahid platformada bir araya gətirən təşkilata BMT-ni dəstəkləyən və tamamlayan bir struktur kimi baxırıq", - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, ŞƏT strukturu Türkiyənin regional məsuliyyət prinsipinə əsaslanan çoxvektorlu xarici siyasətinə uyğundur.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью