Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərdədir

07.08.2026

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün işgüzar səfər çərçivəsində Ankaradan Səudiyyə Ərəbistanına yola düşüb.

Sitat.info xəbər verir ki, səfər zamanı onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.

Məlumata görə, bu gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə ittifaqına dair sazişin imzalanması gözlənilir.

Rəsmilər bu razılaşmanın regionda və daha geniş coğrafiyada sülhün və sabitliyin qorunmasına mühüm töhfə verəcəyini bildirirlər.

Səid,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью