Ərdoğan Səudla görüşdü, danışıqların təfərrüatı açıqlanmadı

06.05.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan əl-Səudla Prezident Kompleksində görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüşdə XİN rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran, Prezident Administrasiyasının rəhbəri Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Görüş mətbuata qapalı keçirilib və təfərrüat açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью