Ərdoğan silahlanma ilə bağlı Avropaya tələblər irəli sürdü

07.03.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqı (Aİ) Türkiyəni özünün ümumi təhlükəsizlik sisteminə və yenidən silahlanma proqramına daxil etməlidir.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

“Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımlarını Türkiyə ilə birgə planlaşdırması bizim ümumi maraqlarımıza cavab verəcək (...) Avropanın iqtisadi təhlükəsizliyi və müdafiəsi Türkiyənin kritik əhəmiyyətini açıq şəkildə nümayiş etdirir”, - deyə prezident bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara qitə ilə birgə müdafiə proqramlarında, o cümlədən Aİ strukturları tərəfindən dəstəklənən proqramlarda iştirak etmək istəyir. Bundan əlavə, o vurğulayıb ki, Türkiyə tərəfinin bu cür layihələrdən kənarda qalması qəbuledilməzdir.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью