Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətini yaranmasının 41-ci ildönümü münasibətilə təbrik edib.
Məlumatı “Anadolu” verib. “Aralıq dənizində sülhün, ədalətin və rifahın qarantiyası olan dostumuz və qardaşımız olan Şimali Kipr Türk Respub
Dövlət başçısı həlak olanların xatirəsini ehtiramla yad edib, müharibə veteranlarına ehtiramını bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin ŞKTC-nin elan edilməsinin 41-ci ildönümü münasibətilə X sosial şəbəkəsindəki hesabında dərc olunan bəyanatında isə deyilir ki, Türkiyə qarant ölkə olaraq Şimali Kipr Türk Respublikasının (KKTC) əhalisinin hüquq və mənafelərini qorumağa davam edəcək: “Kipr türklərinin suverenlik və azadlıq mübarizəsinin ən mühüm simvolu olan Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü mübarək!
Türkiyə hər zaman Kipr türklərinin yanında olacaq, onların Vətəni və təminatçısı olaraq hüquq və mənafelərini qoruyacaq”.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da əlamətdar tarixlə bağlı X sosial şəbəkəsində yazı paylaşıb.
P.ƏMİRCANOV XQ Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.