Ərdoğan Stoltenberqin xatirələrinə münasibət bildirib: Qonaqlarımıza qarğıdalı təklif edirik

24.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin kitabında onunla görüşü barədə yazdıqlarına münasibə bildirib.

APA-nın xəbərinə görə, Ərdoğan Körfəz ölkələrindən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində həmin məsələni xatırladığını bildirib.

“Biz həmişə qonaqlarımıza mövsümdən asılı olaraq, qarğıdalı və şabalıd təklif edirik. Cənab Stoltenberq NATO Baş katibləri arasında həqiqətən müsbət yanaşması olan biri idi. O, qonağım olmuş bir dostumuz idi. Bunlar adi hadisələr deyil. Diplomatiyanın mahiyyəti budur. Buna görə də bu cür münasibətlər vacibdir. Hazırkı Baş katib Mark Rutte ilə də xeyli yaxşı münasibətlərimiz var. Cənab Stoltenberqin bunları xatirələrində yazması, dəyərləndirməsi münasibətlərimizin davamlılığının vacibliyini göstərir. Ümid edirəm ki, ilk görüşümüzdə bu kitabı qarşılıqlı şəkildə təhlil edəcəyik”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, NATO-nun sabiq Baş katibi Stoltenberq “Mənim dövrümdə: Müharibə vaxtında NATO-ya liderlik” (On My Watch/Leading NATO in a Time Of War) adlı kitabında Taliban haqqında danışarkən Ərdoğan ondan “Qarğıdalı sevirsinizmi?” deyə soruşub. Baş katibin yazdığına görə, o, “hə” cavabı verdikdən sonra böyük bir sinidə qarğıdalı gətirilib və 8-10 nəfər oturub qarğıdalı yeyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью