Ərdoğan Suriya ilə bağlı çağırış edib

17.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın terror yuvasına çevrilməməli olduğunu, PKK və İŞİD terror təşkilatlarına qarşı mübarizənin davam etdirilməli olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan bu barədə mətbuat konfransında deyib.

"Türkiyə bu terror təşkilatlarının hər ikisini məğlub edən yeganə ölkə və müttəfiqdir. Bu təşkilatların yenidən inkişaf etməsinə qəti şəkildə imkan verməyəcəyik. Mübarizə davam etməlidir", - Ərdoğan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью