Ərdoğan Suriya ilə bağlı Türkiyənin mövqeyini açıqladı

07.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Türkiyənin 910 km uzunluğunda sərhədi olan bir ölkədə baş verənlərə göz yumması mümkün deyil".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Heç bir ölkənin çınqıl daşında belə gözümüz yoxdur. Arzumuz budur ki, qonşumuz Suriya 13 ildir həsrətində olduğu sülhü, əmin-amanlığı tapsın. Hatayın rifahını düşündüyümüz kimi, Həma, Homs, Dəməşq, Rakka və Aynularabın da təhlükəsiz olmasını istəyirik", - dövlət başçısı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью