Ərdoğan: Suriya terrorçulardan təmizlənməlidir

10.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefonla danışıb.

“Report” xəbər verir ki, tərəflər regional və qlobal məsələləri, o cümlədən Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.

"Suriya terrorçulardan təmizlənməlidir", - Türkiyə Prezidenti bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью