Ərdoğan: Suriyada müxalifətin hədəfi Dəməşqdir

06.12.2024

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyada baş verənlərə münasibət bildirib.

APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə lideri Suriya Prezidenti Bəşər Əsədə çağırış etdiklərini xatırladıb.

“İdlib, Hama, Homs və hədəf təbii ki, Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir və ümid edirik ki, bu, insidentsiz və problemsiz davam edəcək. Əsədə çağırış etmişdik. "Gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək" demişdik. Ancaq müsbət cavab ala bilmədik”, - Ərdoğan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью