Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kürdüstan Fəhlə Partiyası və İslam Dövləti ölkə üçün ekzistensial təhlükə yaradır və o, bu qruplaşmaları məhv etmək niyyətindədir.
Türkiyə lideri əlavə edib ki, kürd qüvvələri ya təslim olmalı, ya da “dəfn olunacaq”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxış edən Ərdoğan qeyd edib ki, Ankara Suriyadakı terror təşkilatlarını, ilk növbədə Rusiyada qadağan olunmuş İslam Dövləti və həmçinin terrorçu sayılaraq fəaliyyəti qadağan edilən Kürdüstan Fəhlə Partiyasını məhv etməkdə qərarlıdır.
Ərdoğanın sözlərinə görə, bu qruplaşmalar həm Türkiyə, həm də Suriya üçün təhlükə yaradır.
Bu separatçı cinayətkarlar ya silahları ilə özləri vidalaşacaqlar, ya da onlarla birlikdə Suriya torpağında dəfn olunacaqlar.
...Kürd qardaşlarımızla aramıza qan divarı hörməyə çalışan terror təşkilatını məhv edirik Bunu Türkiyə lideri bildirib.
Qeyd edilməlidir ki, Suriyada hakimiyyətə gələn üsyançılar da kürd qüvvələrinə hücum edirlər.