Ərdoğan Suriyadakı terror qruplaşmalarını hədələyib

15.01.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Silahı yerə qoymasalar, onlar gözlənilən acı talelərindən qaça bilməyəcəklər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada fəaliyyət göstərən terror qruplaşmalarını silahlarını yerə qoymağa və təslim olmağa çağırıb. AYNA xəbər verir ki, Prezidentin çıxışını “TRT Haber” telekanalı yayımlayıb.

Türkiyə liderinin sözlərinə görə, Türkiyədə qadağan olunmuş PKK ilə əlaqəsi olan qüvvələr silahı yerə qoymasalar, “onlar gözlənilən acı talelərindən qaça bilməyəcəklər”.

"Bizim bu problemi həll etmək üçün gücümüz və bacarığımız var", Ərdoğan vurğulayıb.

Prezident qeyd edib ki, bütün xarici qüvvələr “bölgədən əllərini çəkməlidir”, əks halda Ankara “və onun suriyalı qardaşları terrorçuların başını kəsəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью