Ərdoğan Suriyadan danışdı: Əsədin “qanlı rejiminin süqutu...

11.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bəşər Əsədin “qanlı rejimi”nin süqutu Suriyada sülh və təhlükəsizliyə yol açacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə ölkəyə qəbul edilən suriyalıların könüllü və təhlükəsiz geri qayıtmasına şərait yaradacaq.

“Qapımıza gələnlərdən türk, ərəb, yaxud kürd olduğunu soruşmadıq. Bizə müraciət edənlərdən müsəlman, xristian və ya yəhudi olub-olmamasına baxmayaraq kömək etdik. Türkiyə Suriya böhranına vicdan mövqeyindən yanaşıb”, – deyə Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью