Ərdoğan Suriyadan əl çəkməyə çağırıb

15.01.2025

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Türkiyə Suriya ərazisində bütün yaraqlıları məğlub etməyə qadirdir, digər dövlətlər isə Suriyadakı tədbirlərdə iştirakdan imtina etməlidir.  

"Yeni Azərbaycan"  "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə edib ki, Türkiyənin ölkədəki bütün yaraqlıları, o cümlədən kürd qüvvələrini və İŞİD-i  məğlub etmək üçün kifayət qədər potensialı var.

Türkiyə lideri həmçinin kürd döyüşçülərini Suriya üçün ən böyük təhlükə adlandırıb.

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью