Ərdoğan: Suriyanın şimalında terror zonasını 4 yerdən məhv etdik

10.01.2025

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Atatürk İdman Salonunda keçirilən AK Partiya Aydın 8-ci Adi İl Qurultayına qatılıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan, "Sərhəd əməliyyatlarımızla Suriyanın şimalında yaradılması istənilən terror bölgəsini 4 yerdən məhv etdik. Terror təşkilatının Türkiyəni cənubdan mühasirəyə almasına imkan vermədik"-deyə, bildirib.

"Terrorsuz Türkiyə məqsədimizə çatmaqla, şəhidlərimizə olan minnət borcumuzu müəyyən qədər ödəməyə çalışacağıq. 40 ildir qanımızı, sərvətimizi zəli kimi udmaqda olan separatçı terror bəlasından ölkəmizi xilas edəcəyik"-deyə, Türkiyə prezidenti əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью