Ərdoğan Suriyaya gedəcək

13.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə türkiyəli diplomat Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib.

"Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır. O, çoxdan belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Dəməşqdəki hazırkı təmaslar zamanı o, səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun görə biləcəyi işlərlə tanış olub: "Bu baxımdan, mənim hazırkı səfərim mühüm əhəmiyyət daşıyır".

Fidan Ərdoğanın Suriyaya səfərinin dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, avqustun ortalarında Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью