Ərdoğan: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

09.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.

Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.

Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.

Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью