Ərdoğan Suriyaya Ramazan ayının ilk günü səfər edə bilər KİV

22.02.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində, Ramazan ayının ilk günündə Suriyaya səfər edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Doğan Şentürkə istinadla “Now” telekanalı məlumat yayıb.
“Telejurnalist Doğan Şentürk Türkiyənin hakim partiyasından məlumat aldığını bildirib. Ərdoğan Ramazan ayının ilk iftarını Dəməşqdə açacaq. O, ilk namazını da Əməvi məscidində qılacaq”, - telekanal xəbər verib.
Qeyd edək ki, bundan əvvəl Suriyaya Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Suriyaya səfər ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью