Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mən qarşıdakı dövrdə Suriyaya səfər edəcəyəm"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyaya səfər etməyi planlaşdırır. AYNA.AZ TASS-a istinadən verdiyi məlumata görə, o, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
"Mən qarşıdakı dövrdə Suriyaya səfər edəcəyəm", - deyə Türkiyə lideri bildirib.
Ərdoğan planlaşdırılan səfərinin məqsədini açıqlamayıb.
O Ankaranın qonşu dövlətə hərtərəfli dəstək vermək niyyətində olduğunu vurğulayıb.
"Suriya tək qalmayacaq; biz onun sabitliyini qorumaq üçün əlimizdən gələni edəcəyik", - deyə Ərdoğan qeyd edib.