Ərdoğan Şuşada Vahabzadənin şeirini oxudu VİDEO

08.11.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


“Çıxışımın sonunda mərhum Bəxtiyar Vahabzadənin məşhur misralarını səsləndirmək istəyirəm”.

"Bakupost" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada çıxışı zamanı deyib.

O, daha sonra B.Vahabzadənin şeirindən bir bənd oxuyub:

“Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Arzu edirəm ki, ay-ulduzlu al bayrağımızla şanlı Azərbaycan bayrağı göylərdə əbədi olaraq yanaşı dalğalansın.

9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi duyğularımla təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və məhəbbətimi çatdırıram.

Səmimi ev sahibliyinə görə İlham qardaşıma bir daha təşəkkür edirəm”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью