Ərdoğan Tatlısəslə duet oxudu VİDEO

11.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

AK Partinin Şanlıurfa İl Konqresində Prezident Rəcəb Tayyib Ərdoğan və İbrahim Tatlısəs birlikdə mahnı oxuyub.

Milli.Az xəbər verir ki, Şanlıurfa konqresində səhnədə Prezident Ərdoğanı məşhur sənətçi İbrahim Tatlısəs qarşılayıb.
Prezident Ərdoğan və İbrahim Tatlısəs birlikdə "Haydi Söyle" mahnısını səsləndiriblər.

Bunun ardınca Tatlısəs Türkiyə liderinə növbəti prezident seçkilərində iştirak edib etməyəcəyi ilə bağlı sual ünvanlayıb. Ərdoğan bunun cavabında "sən varsansa, varam" deyib. Daha sonra onlar "Urfalıyam ezelden" mahnısını birlikdə ifa ediblər.

Ərdoğanla Tatlısəsin səmimi anlarını təqdim edirik:
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью