Ərdoğan TDT liderlərinin iştirakı ilə rəsmi şam yeməyi verəcək

28.10.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Cümhuriyyət Bayramı münasibətilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət və hökumət başçıları üçün rəsmi şam yeməyi təşkil edəcək.

Modern.az xəbər verir ki, Ərdoğan əvvəlcə Anıtqəbirə gedəcək, daha sonra Prezident Külliyəsində təbrikləri qəbul edəcək və Beştəpə Millət Meşəsinin açılış mərasimində iştirak edəcək.

Rəsmi şam yeməyində Qırğızıstan Prezidenti Sadır Japarova orden təqdim olunacaq. Mərasimdə Türkiyə və Qırğızıstan prezidentləri çıxış edəcəklər.

Tədbir çərçivəsində Əlişir Nəvai Beynəlxalq Mükafatı da laureatına təqdim ediləcək. Proqramda konsertlər və TÜRKSOY-un rəqs şousu nəzərdə tutulub.

TRT Haber-in məlumatına görə, şam yeməyində türkiyəli müğənni Kıraç və qazaxıstanlı ifaçı Dimash Qudaibergen də səhnəyə çıxacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью