Ərdoğan Təhlükəsizlik Şurasını TOPLADI

05.12.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib. 

Bakıvaxtı.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Mətbuata qapalı keçirilən görüş 3 saat davam edib.

Görüş zamanı əsasən Suriyadakı vəziyyət müzakirə olunub. Qəzza və Ukraynadakı vəziyyətə toxunulub.

İclasda Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişi ilə nəticələnəcəyi gözləntiləri və arzuları vurğulanıb, daimi sülhün regionumuzun bütün aktorlarının marağında olacağı qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью