Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vəziyyətin gərginləşməsi fonunda Təhl
İclasın bu gün keçiriləcəyi gözlənilir Suriyadakı böhran noyabrın 29-da “Heyətt Təhrir əl-Şam” silahlı qruplaşmasının digər silahlı birləşmə
Suriya müxalifətinin hərbi qüvvələri ölkənin şimal-qərbindəki İdlib şəhərindən Hələb və Həma şəhərlərinə doğru irəliləyiblər.
Noyabrın 30-da müxaliflər Suriyanın ikinci böyük şəhəri Hələbi, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromunu nəzarətə götürüblər.2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri Hələbin silahlılar tərəfindən tamamilə ələ keçirilməsi ilk dəfədir baş tutub.
2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsinə nəzarət edirdi, lakin Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan qovulmuşdu.
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası Suriyada vəziyyətin son dərəcə gərgin olaraq qaldığı, silahlı qrupların irəliləyişinin regionda sabitliyi pozmaq təhlükəsi yaratdığı bir şəraitdə keçiriləcək.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu