Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Konfranslarının açılış mərasimində “Terrorsuz Türkiyə” prosesindən danışıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, 15 iyul hadisələrindən sonra həyata keçirilən “terroru mənbəyində məhv etmə” strategiyası və sərhəddənkənar əməliyyatlar Türkiyənin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayıb.
Prezident bildirib ki, İraq və Suriyada keçirilən əməliyyatlar ölkənin təhlükəsizlik siyasətində yeni mərhələ yaradıb.
Ərdoğan əlavə edib ki, proses uğurla nəticələnərsə, ölkədaxili birliyi möhkəmləndirəcək və Türkiyə üçün yeni imkanlar açacaq.
O, həmçinin süni intellektin etik, hüquqi və strateji ölçüləri olan təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Aydan Məlikməmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi.