Ərdoğan təsdiqlədi: Vasitəçilik etməyə hazırıq!

03.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə İranla ABŞ arasındakı gərginliyin həllində vasitəçilik etməyə hazırdır və müvafiq əlaqələri davam etdirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Əş-Şərq Əl-Əvsət" qəzetinə müsahibəsində bildirib.

"Gərginliyi azaltmaq və problemləri həll etmək üçün İranla ABŞ arasında vasitəçi rolunu oynamağa hazır olduğumuzu təsdiqləyirik və bu mövzuda əlaqələrimizi davam etdirəcəyik. İrana hər hansı bir hərbi əməliyyata qarşı olduğumuzu bütün tribunalarda ifadə etmişik", - deyə o qeyd edib.

Ərdoğan qeyd edib ki, Türkiyə öz addımlarını regiondakı tərəfdaşları ilə əlaqələndirir:

"Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla dost ölkələrlə əlaqələrimiz davam edir. Biz bu məsələyə blok və ya müttəfiqlik düşüncəsi ilə yanaşmırıq", - deyə türkiyəli lider vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью