Ərdoğan Tokayevlə danışdı

27.08.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

"Bakupost" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti qazaxıstanlı həmkarını avqustun 23-də Qazaxıstanda keçirilmiş Qurultay seçkilərinin nəticələri ilə əlaqədar təbrik edib.

Ərdoğan seçkilərdə iştirak nisbətinin yüksək olmasının həyata keçirilən islahatlara ictimai dəstəyin göstəricisi olduğunu vurğulayıb.

O, Türkiyə ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcəyini söyləyib


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью