Ərdoğan Tramp görüşü üçün hazırlıqlar davam edir

30.04.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti ilə ABŞ Prezidentinin görüşü üçün hazırlıqlar davam edir.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O, “Trampla ilk fürsətdə görüşəcəyini” vurğulayıb.

Ərdoğan iki ölkə arasında münasibətlər dərin köklərə malik olduğunu da qeyd edib.

“Danışacağımız mövzular və atacağımız çoxlu addımlar var. Bu səbəbdən nazirliklərimiz Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişatını formalaşdıracaq görüş üçün işlərini davam etdirir. Bunun vaxtı da həmin hazırlıqlar çərçivəsində müzakirə edilir. Cənab Trampla telefon diplomatiyası vasitəsilə vaxtaşırı əlaqələrimiz var. İnanıram ki, dostum Tramp və mən yeni dövrdə ikitərəfli münasibətlərimizə çox fərqli bir impuls əlavə edəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью