Ərdoğan Trampa zəng edib

07.11.2024

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

"Ərdoğan Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, telefon danışığında “Ərdoğan Trampı seçkidəki qələbəsi münasibətilə təbrik edib”.

“Danışıqda Prezident Ərdoğan yeni dövrdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi diləklərini ifadə edib”, – İdarənin yaydığı məlumatda vurğulanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью