Ərdoğan Trampa zəng etdi

07.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-də prezident seçkilərində qalib gələn Donald Tramp arasında telefon danışığı baş tutub.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi yayıb.

Bildirilib ki, Türkiyə lideri Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Ərdoğan söhbət zamanı yeni müddətdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığı inkişaf etdirmək niyyətini də ifadə edib.

Xatırladaq ki, Ərdoğan dünən “X” hesabında paylaşım edərək Trampı təbrik etmişdi.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью