Ərdoğan Trampı təbrik etdi

06.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan respublikaçı Donald Trampı prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, Ərdoğan bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Böyük mübarizədən sonra ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.

Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini, Fələstin və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların, müharibələrin sona çatacağına ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq”, – Ərdoğan paylaşımında bildirib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью