Ərdoğan: Trampın liderliyini təqdir edirəm

30.09.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"ABŞ prezidenti Trampın Qəzzada axan qanı dayandırmaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri və liderliyini təqdir edirəm".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.

O, Türkiyə olaraq tərəflər üçün məqbul olacaq ədalətli və davamlı sülhün bərqərar olması prosesinə töhfə verməyə davam edəcəklərini də sözlərinə əlavə edib.

Zülfiyyə Mustafayeva
Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью