Ərdoğan Trampın oğlu ilə gizli görüşmə iddialarına cavab verib

21.09.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən öncə Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə müxalifətinin “Ərdoğanın ABŞ lideri Donald Trampın oğlu ilə gizli görüş keçirməsi” iddialarına cavab verən prezident, bu iddiaların əsassız olduğunu bildirib:

“Əgər Donald Trampla hər hansısa bir alış-veriş edəcəyiksə, bunu onun oğlu ilə etməyə ehtiyac yoxdur” deyə vurğulayıb.

Dəryanur Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью