Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib.
Turkustan.az xəbər verir ki, söhbət zamanı Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal gündəmdəki məsələlər müzakirə olunub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Ərdoğan ABŞ-İran gərginliyinin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. O, danışıqların davam etdiriləcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm addım olduğunu qeyd edib.
Qəzza məsələsinə də toxunan Ərdoğan İsrailin fələstinlilərə qarşı hücumlarının artmasından narahatlığını ifadə edib. O, Türkiyənin Qəzzada davamlı sülhün təmin olunması və bölgənin yenidən qurulmasına yönələn səyləri dəstəkləyəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az