Ərdoğan Trampla danışdı: İranla bağlı vacib məqam

07.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub. pizza hut

Ərdoğan İranla ABŞ arasında gərginliyin sona çatmasının və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb. Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Türkiyə lideri Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini deyib. O, bu istiqamətdə aparılan işlərə töhfə verməyə davam edəcəklərini, həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının vacib olduğunu qeyd edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью