Ərdoğan Trampla F 35 və F 16 tədarükü məsələsini müzakirə etməyi planlaşdırır

23.09.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 və F-16 qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırır.

APA xəbər verir ki, bu haqda o, “Fox News” telekanalına müsahibəsində danışıb.

"Hələ birinci prezidentliyi dövründə cənab Trampdan soruşanda o cavab verdi ki, Türkiyə F-35-lərin pulunu ödəyib, amma onları almayıb. O bunu mətbuat qarşısında dedi. İndi biz bu məsələni yenidən müzakirə etməyi düşünürük. Biz ABŞ-dan həm F-35-lər, həm də F-16-lar, onların istehsalı, saxlanması və sairlə bağlı lazım olanı edəcəyini gözləyirik", - Türkiyə prezidenti əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью