Ərdoğan Trampla regional və ikitərəfli əlaqələri müzakirə edib

18.08.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığında Türkiyə-ABŞ münasibətlərini, regional və qlobal məsələləri müzakirə edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan İran-ABŞ gərginliyi fonunda diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb və Türkiyənin sülh səylərinə dəstəyini davam etdirəcəyini bildirib.

Türkiyə Prezidenti həmçinin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyə töhfə verəcəyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью