Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 3 fevral, AZƏRTAC
Türk dünyası böyük güc və potensialı ilə Türkiyənin xarici siyasətində xüsusi yer tutur. Biz bu nəhəng potensialdan ölkəmiz üçün ən yaxşı şəkildə istifadə etməyə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına dair brifinqdə söyləyib.
O, Türkiyədə keçirilməsi planlaşdırılan 13-cü Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyətinə diqqət çəkib.
Türkiyə lideri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankaraya səfərinin nəticələrinə də toxunub. “Daşkənd 2023-cü il zəlzələlərinin dağıdıcı təsirləri fonunda Türkiyəyə ilk yardıma gələn ölkələrdən biri olub”, – deyə Prezident Ərdoğan xatırladıb və son 10 ildə Özbəkistanla ikitərəfli ticarət dövriyyəsinin üç dəfə artdığını vurğulayıb.
Dövlət başçısı, həmçinin Türkiyənin yerləşdiyi regiondakı böhran vəziyyətlərinə diqqət çəkib.
“Bu gün biz Suriyada və İranda kritik prosesləri diqqətlə izləyirik və sərhədlərimizdə münaqişələr mövcud olacağı halda, təhlükəsizlikdə ola bilməyəcəyimizi yaxşı başa düşürük”, – deyə o bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara