Ərdoğan: Türkiyə hər zaman Azərbaycanın yanında olacaq

11.08.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. ABŞ-də Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu".

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qalxmasının sevindirici hal olduğunu dilə gətirib.

O, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью