Ərdoğan: Türkiyə müdafiə sənayesində inqilab edir

05.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə müdafiə sənayesində irəliləyişlər əldə etməyə davam edir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şanlıurfa GAP Hava Limanında keçirilən TEKNOFEST aviasiya, kosmik və texnologiya festivalında bildirib.

Məlumatı “Anadolu” verib. 

“Türkiyə müdafiə sənayesində irəliləyiş əldə etməyə davam edir. Biz bu sektorda inqilab edirik”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə dost ölkələrin müdafiə ehtiyaclarının ödənməsinə də kömək etməyə də hazırdır: “Dostlarımızın xahişi ilə onların müdafiə ehtiyaclarını ödəyirik. İnanırıq ki, dostlarımız nə qədər güclüdürsə, biz də bir o qədər güclü olacağıq”, - deyə o qeyd edib.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью