Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik

04.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Türkiyə Prezidenti davamlı sülhün bərqərar olması yolunda həm Prezident İlham Əliyevin atdığı cəsur addımları, həm də Nikol Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью