Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə prezident Ərdoğan İstanbulda gənclərlə görüşündə bildirib.
"Bu gün hər kəs - həm dostlar, həm də düşmənlər - güclü Türkiyənin danışıqlar masasında olduğunu qəbul edir. Bunu qəbul etməlidirlər. Suriyadan Qəzzaya, Fars körfəzindən Rusiya-Ukrayna münaqişəsinə qədər - Türkiyə olmadan heç bir yerdə vəziyyət tarazlaşdırıla bilməz. Türkiyəyə regionda və dünyada etibar edilir; o, sülh və sabitlik ixrac edir", - deyə Türkiyə prezidenti qed edib.
O, əlavə edib ki, "Türkiyə xarici siyasət, demokratiya, müdafiə sənayesi və iqtisadiyyatda sərhədləri daxilində və xaricində qətiyyətli addımlar sayəsində qlobal gücə çevrilir".
"Bəzi insanlar əvvəllər Türkiyənin Qərb alyansından uzaqlaşdığını deyirdilər. Onlar Türkiyənin oxunun şərqə doğru dəyişdiyini deyirdilər. Onlar Türkiyənin kənara çəkildiyini deyirdilər. Bütün bu iddialar nəticədə təkzib edildi. Haqlı tərəfdə olan bizlərin haqlı olduğu sübut edildi", - deyə prezident bildirib.
Qadir, Bizimyol.info